“Riyaziyyat dərsinin şagirdlərin mənimsəmə tempinə uyğun öyrənilmə imkanı” layihəsinin növbəti mərhələsi icra olunur

İcra planına uyğun olaraq, praktik olaraq sinifdə fərdi yanaşmanın tətbiq olunması və Khan Academy ilə 6-cı sinif riyaziyyat fənni üzrə dərslər təşkil olunub. Bildirək ki, bu mərhələdə Khan Academy platformasından istifadə etməklə riyaziyyat fənni üzrə innovativ dərslər təşkil olunub. Məktəbdə təhsil alan 6-cı sinif şagirdləri 2 qrup şəklində layihədə iştirak edirlər. Hər qrup həftədə 2 dəfə, hər dərs isə 1 saat olmaq ayda ümumilikdə 8 saat Khan Academy Azərbaycandan dərslər alırlar. Məktəb üzrə 2 qrup olduğu üçün aylıq 16 saat dərs müəllimlər tərəfindən tədris olunacaq. Dərslər zamanı öncədən hazırlanmış dərs proqramı, vizual vəsaitlərdən, simulyasiya və tapşırıqlardan istifadə edilir.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir və Salyan rayonu Aşağı Kürkənd kənd Azər Əliyev adına tam orta məktəbdə icra olunur.
Paylaş:
Yuxarı