Qax rayonunda baş verən qəza ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan regioninfo-ya bildirilib ki, bu gün saat 17 radələrində Qax rayonunun Əmircan kəndi ərazisində Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsindəki 2024-cü il təvəllüdlü körpə həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.