Gənclərin ekoloji problemlərin həlli mövzusunda maarifləndirilməsi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı reallaşdır-2023” qrant müsabiqəsinin qalibi Gülzar Ağayeva Məzahir qızı tərəfindən icra olunan “Ekologiya Gənclərin Gözündən” adlı layihə çərçivəsində 12-13 sentyabr tarixində Lənkəran rayonunda təlim keçirilib. Tədbirin açılışını layihə rəhbəri Gülzar Ağayeva edib. Gənclər Fondu və gənclər üçün yaradılan imkanlar barədə gənclərə məlumat verib.O gənclərə ekoloji problemlərdən və həll yollarının önəmindən danışıb.

Layihə çərçivəsində həyata keçirilən təlim layihə təlimçisi Afiq Məlikov tərəfindən aparılıb. Təlimdə ekosistem, tullatılar və onların idarə olunması, COP29 və Yaşıl dünya naminə həmrəylik ili mövzuları haqqında danışılıb. Daha sonra gənclərlə müzakirələr aparılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi ekoloji mövzuda gənclərin maarifləndirilməsidir. Daha yaxşı ekoloji mühitin yaradılmasında gənclərin rolunun artırılması nəzərdə tutulur.

Əlavə edək ki, önümüzdəki həftədən layihənin Lənkəran şəhəridən əlavə Masallı rayonunda da keçirilməsi planlaşdırılıb.

 

 

Hörmətlə,

 

Layihə rəbəri

Gülzar Ağayev

Paylaş:
Yuxarı