“Qadınların iqtisadi azadlığının təşviqi” layihəsi üzrə təlimlər davam edir

“Qadınların iqtisadi azadlığının təşviqi” layihəsi üzrə təlimlər davam edir.
Biləsuvar rayonunda keçirilən tədbiri “Regional İnkişafın Dəstəklənməsi” İctimai Birliyinin sədri və layihə rəhbəri Rafət Şirəliyev çıxışı ilə açıq elan edərək, layihənin donoru və məqsədləri haqqında iştirakçılara məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”na uyğun olaraq qadınların cəmiyyətdə iqtisadi fəallığının artırılmasına, onların yüksək əməkhaqqı olan iqtisadi sahələrdə məşğulluğunun təşviq olunmasına töhfə verməkdir.
Daha sonra layihənin təlimçisi Samir Salayev tərəfindən Azərbaycanda qadınların iqtisadi azadlığı, qadınlar üçün həyata keçirilən proqram və layihələr, qadınların işgüzar həyatda rolu haqqında məlumat verilib.
Məlumat üçün bildirək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin Biləsuvar bölməsinin təşkilati dəstəyi ilə keçirilib.
Paylaş:
Yuxarı