Şirvan-Salyan Regional Təhsil İdarəsində tədris ilinin yekunlarına həsr olunmuş tədbir təşkil edilib

2023-2024-cü tədris ilinin yekunlarına həsr olunmuş tədbir təşkil edilib.
İyulun 1-də Şirvan şəhərində keçirilən görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, rayon təhsil sektorlarının müdirləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, qabaqcıl müəllimlər iştirak ediblər. Regional Təhsil İdarəsinin müdiri tədris ilinin yekunlarına dair geniş təqdimatla çıxış edib. İl ərzində görülmüş işlərin vəziyyəti, əldə olunmuş nailiyyətlər və növbəti tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı fikir mübadiləsi aparılıb. Tədrisin keyfiyyətinin artırılması ilə bağlı tədbir iştirakçılarının fikirləri və təklifləri dinlənilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib, sualları cavablandırılıb.
Paylaş:
Yuxarı