““Computer Science Discoveries” kursunun tərcüməsi və tətbiqi” layihəsinin növbəti mərhələsi icra edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Computer Science Discoveries” kursunun tərcüməsi və tətbiqi” layihəsinin növbəti mərhələsi icra olunub.
Belə ki, layihənin icra planına uyğun olaraq 3 məktəbdən seçilmiş müəllimlərlə 3 günlük təlimat görüşü keçirilib. Görüşdə həmin müəllimlərə code.org-dan istifadə qaydaları izah edilib.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd code.org saytında “Computer Science Discoveries” kursunun Azərbaycan dilinə tərcümə edilərək code.org saytına yerləşdirilməsi və pilot olaraq 3 məktəbdə tətbiqini həyata keçirməkdir.
Paylaş:
Yuxarı