Xocalı rayonunda kütləvi məzarlıqda aşkar edilmiş 18 insan qalığından daha birinin şəxsiyyəti məlum olub.
“Report” xəbər verir ki, bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə çıxışı zamanı deyib.
Şöbə rəisi bildirib ki, kütləvi məzarlıqda tapılan qalıqların Xocalı sakini, 1952-ci il təvəllüdlü Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyənləşib.
Qeyd edək ki, bundan əvvəl 8 nəfərin şəxsiyyəti müəyyənləşmişdi:
(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu – 01.06.1933-cü il
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
(Xankəndi şəhər sakinləri)
6. Cavadov Əli Müsül oğlu – 15.06.1954-cü il
7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
8. Məhərrəmova Bəsirə Vəli qızı – 01.06.1954-cü il
Onların hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.