Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta məktəbdə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” mövzusunda məktəblilərlə görüş keçirilib.
Çıxış edən Biləsuvar RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Pərviz Məmmədov narkotik vasitələrin, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükələrdən danışıb. Bu ümumbəşəri bəladan qurtulmaq və ona mübarizənin effektiv şəkildə aparılmasının təmin olunmasında hər kəsin üzərinə mənəvi məsuliyyət düşdüyünü bildirib. Eyni zamandan sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verilib.
Sonra müzakirə olunan mövzu ətrafında digər çıxışlar dinlənilib və şagirdlərin sualları cavablandırılıb.