İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Regioninfo-nun məlumatına görə, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisə zamanı “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.