Cəlilabadda motosiklet ambulansa çırpılıb, xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə Cəlilabadın Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı hərəkətdə olan motosiklet ambulansa çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü, Şamil Abdalov və sərnişin Şəmistan Musayev yaralanıb. Yaralılar elə həmin ambulansla Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı