Bu ilin 9 ayı üçün Cəlilabadda demoqrafik göstəricilər açıqlanıb

Bu ilin 9 ayı üçün Cəlilabadda demoqrafik göstəricilər açıqlanıb.

Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında mövcud əhalinin sayı artaraq 01.10.2025-ci il tarixinə 220,4 min nəfərə çatmış, ötən ilin eyni dövrünə nisbətən 1,7 min nəfər və ya 0,8 faiz çox olmuşdur. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 153,0 nəfər olmuşdur.

Ümumi əhalinin 26,7 faizini və ya 58,7 min nəfərini şəhər, 73,3 faizini və ya 161,2 min nəfərini kənd sakinləri, 51,2 faizini və ya 112,6 min nəfərini kişilər, 48,8 faizini və ya 107,3 min nəfərini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar-sentyabr aylarında təbii artım 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 482 nəfər az olmuşdur.

2025-ci ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 1969 doğulan körpə qeydə alınmış və ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,8-dən 8,9-a düşmüşdür.

2025 ci ilin yanvar-sentyabr aylarında rayonda 823 ölüm halı qeydə alınmış və 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə əhalinin hər 1000 nəfərinə göstərici artaraq 3,3-dən3,7-ə yüksəlmişdir.

2025-ci ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 705 nikah, 167 boşanma halları qeydə alınmış və ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 3,5-dən 3,2-ə düşmüş, boşanmaların sayı isə dəyişməmişdir.

 

Paylaş:
Yuxarı