Cəlilabadda qətl olub – VİDEO

Cəlilabadda qətl baş verib.

Regioninfo xəbər verir ki, yaralı halda xəstəxanaya çatdırılan 35 yaşlı Vüsal Cəfərov bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

İlkin məlumatlarda Cəlilabadın Günəşli kənd sakininin yıxılaraq xəsarət aldığı bildirilsə də, aparılan araşdırmalar zamanı hadisənin qəsdən törədildiyi müəyyənləşib. Məlum olub ki, Vüsal Cəfərov həyat yoldaşı Kəsirə Cəfərova tərəfindən bıçaqlanıb. Günorta saatlarında ər-arvad arasında yaranan mübahisə zamanı qadın bıçağa əl ataraq ərinə xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Kəsirə Cəfərova artıq polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, mərhum Vüsal Cəfərov daş karxanasında çalışırmış və hadisə baş verən gün işdən evinə yenicə qayıdıb.

Paylaş:
Yuxarı