Cəlilabadda bu ilin 9 ayında bir sıra sahələrdə artım olub.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 0,2 faiz artaraq 521693,3 min manat olmuşdur. Pərakəndə ticarət dövriyyəsinin ümumi həcminin 271446,6 min manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 250246,7 min manatını isə qeyri-ərzaq malları təşkil etmişdir. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı 0,3 faiz azalmış, qeyri-ərzaq mallarının satışı isə 0,9 faiz artmışdır.
2025-ci ilin yanvar-sentyabr aylarında əhaliyə 87977,7 min manatlıq və ya 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 5,0 faiz çox ödənişli xidmətlər göstərilmişdir.
Ödənişli xidmətlərdə hüquqi şəxslərin payı 16373,2 min manat və ya 18,6 faiz, fiziki şəxslərin payı isə 71604,5 min manat və ya 81,4 faiz təşkil etmişdir.
2025-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 10886,6 min manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz çox olmuşdur.
Hesabat dövründə hüquqi şəxslər üzrə ödənişli xidmətlər 3,0 faiz, məişət xidmətləri 8,9 faiz, fiziki şəxslər üzrə ödənişli xidmətlər 5,4 faiz, məişət xidmətləri isə 5,7 faiz artmışdır.
2025-ci ilin yanvar-sentyabr aylarında iaşə dövriyyəsinin həcmi 10526,6 min manat təşkil etmişdir ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 10,8 faiz çox olmuşdur.
İaşə dövriyyəsinin 1550,3 min manatı və ya 14,7 faizi hüquqi şəxslərin, 8976,3 min manatı və ya 85,3 faizi isə fiziki şəxslərin payına düşmüşdür. Hüquqi şəxslər üzrə iaşə dövriyyəsi 4,6 faiz, fiziki şəxslər üzrə isə 12,0 faiz artmışdır.
2025-ci ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 721,5 manat təşkil etmiş və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 9,5 faiz artmışdır. Maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, digər sahələrdə xidmətlər, dövlət idarəetməsi və müdafiə, sosial təminat, təhsil, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, əhaliyyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, informasiya və rabitə sahələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı yüksək olaraq orta rayon göstəricisini üstələmişdir.