Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibi olan “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi həyata keçirilir.
26.10.2025 tarixində layihə icra planına uyğun olaraq Sım kəndində həyata keçirilən tikinti işlərinin gedişatına baxış həyata keçirilib. Layihənin rəhbəri Pərviz Salayevin, layihə koordinatoru Samir Salayevin və layihə eksperti Rafət Şirəliyevin iştirakı ilə həyata keçirilən baxış zamanı Sım məhsullarının satış köşkündə davam edən tikinti prosesinə baxış keçirilib. Məlumat üçün qeyd edək ki, təqdim olunmuş dizayn əsasında köşkün tikintisinin demək olar ki 80%-i yekunlaşıb. Hazırda suvaq işləri həyata keçirilir. Növbəti mərhələdə köşkün qapı-pəncərələrinin təmin olunması və boya, məhsul satışı üçün münasib vitrinlərin qurulması və s. kimi işlərin həyata keçirilməsi ilə satış köşkünün tikintisinin yekunlaşması nəzərdə tutulub.
Baxış tədbirinin davamında layihə çərçivəsində nəzərdə tutulan və tikintisi yenicə başlanılmış və piknik şəraitinin tam təmin olunması üçün nəzərdə tutulan Söhbətgahların (besedka) tikinti prosesinə baxış keçirilib. Söhbətgahlardan birinin tikintisi damın qurulması və yer örtüyünün vurulması prosesi ilə yekunlaşacaq səviyyədə müəyyən olunub. 2-ci söhbətgahın isə yerinin hamarlanması və uyğun şəkildə betonlanması işlərinin həyata keçirilməsi layihə komandası tərəfindən izlənilib və müvafiq tövsiyyələr müzakirə olunub. Ümumi baxış zamanı layihə çərçivəsində ilk mərhələ üçün nəzərdə tutulan tikinti fəaliyyətləri layihə icra planına uyğun hesab olunub.
Məlumat üçün qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən maliyyələşən “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi çərçivəsində Sım kəndinin məhsullarının turistlərə təqdimatı üçün kəndin mərkəzində 1 ədəd satış köşkü tikilir. Ləvazimatlarla tam təmin olunmuş piknik şəraitinin yaradılması məqsədi ilə kəndin çay kənarı adlanan hissəsində hər birinin tutumu 10 nəfərlik olan 2 ədəd üstü örtülü istirahət infrasturukturu (besedka) yaradılır. Növbəti mərhələdə isə “besedka”ların tikintisi tam yekunlaşacaq və onların yaxınlığında uşaqların əylənməsi üçün sürüşkən və yelləncəklərdən ibarət atraksion quraşdırılacaq. Yaxınlıqda yerləşən digər bir ərazidə isə qədim tarixi eksponatların sərgilənməsi üçün 1 ədəd muzey sərgi məkanı infrasturukturu yaradılacaq. Nəticədə Sım kəndinə turistlərin marağını artıracaq dayanıqlı infrasturukturlar yaranmış olacaq. Bütün nəzərdə tutulan tikililər yekunlaşandan sonra 20 nəfər seçilmiş media nümayəndəsi üçün 2 günlük “Sım – turizm və məhsul karnavalı” təşkil olunacaq, nəticədə geniş formada ictimaiyyətə təqdim olunacaqdır.
Qeyd edək ki, “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi 01.07.2025-01.12.2025 tarixlərində Astara rayonunun Sım kəndində icra olunur.
“Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsinin mətbuat xidməti
