Cəlilabadda kənd təsərrüfatının bəzi sahələrində məhsul istehsalı artıb

Cəlilabadda kənd təsərrüfatının bəzi sahələrində məhsul istehsalı artıb.

Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, bu il vələmir 11 650 ton (ötən il 6 130 ton), mərci 660 ton (ötən il 391 ton) istehsal olunub.

Eləcə də, 93 044 ton kartof (ötən il 81 760 ton), 1 075 ton tərəvəz (ötən il 957 ton), 126 ton bostan (ötən il 56 ton) bitkiləri toplanıb.

Bəzi sahələr üzrə məhsul yığımı davam edir.

 

Paylaş:
Yuxarı