Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibi olan “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi həyata keçirilir.
02.09.2025 tarixində Astara rayonunun, Sım kəndində rəhbəri Pərviz Salayev olan “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi çərçivəsində növbəti görüş təşkil olunub. Dövlət Turizm Agentliyinin nümayəndələrinin, Kənd İcra nümayəndəliyinin, layihə komandası üzvlərinin və Sım kəndi icmasının turizm fəaliyyəti ilə məşğul olan bir qrup nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə layihə çərçivəsində görüləcək işlər və tikiləcək obyektlərin yeri, dizaynı və s. istiqamətlərdə müzakirə aparılıb.
Görüş zamanı qonaqları salamlayan layihənin rəhbəri Pərviz Salayev Sım kəndində bugünə qədər təşkil olunan müxtəlif layihələrə diqqət yönəldərək kəndin inkişafı üçün görülən işlərə görə müvafiq dövlət təşkilatlarına təşəkkürünü ifadə edib. Qeyd edib ki, “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi çərçivəsində ləvazimatlarla tam təmin olunmuş piknik şəraitinin yaradılması məqsədi ilə kəndin çay kənarı adlanan hissəsində hər birinin tutumu 10 nəfərlik olan 2 ədəd üstü örtülü istirahət infrasturukturu (besedka) yaradılacaq, onların yaxınlığında isə uşaqların əylənməsi üçün sürüşkən və yelləncəklərdən ibarət atraksionlar quraşdırılacaq. Qədim tarixi eksponatların sərgilənməsi üçün 1 ədəd muzey sərgi məkanı infrasturukturu yaradılacaq. Sım kəndinin məhsullarını turistlərə təqdimatı üçün kəndin mərkəzində 1 ədəd satış köşkü tikiləcəkdir. Nəticədə Sım kəndinə turistlərin marağını artıracaq dayanıqlı infrasturukturlar yaranmış olacaq. Bütün nəzərdə tutulan tikililər yekunlaşandan sonra 20 nəfər seçilmiş media nümayəndəsi üçün 2 günlük “Sım – turizm və məhsul karnavalı” təşkil olunacaq, nəticədə geniş formada ictimaiyyətə təqdim olunacaqdır. Bir daha yaradılan şəraitə görə Dövlət Turizm Agentliyinə təşəkkürünü ifadə edib.
Müzakirələr zamanı layihə çərçivəsində yaradılacaq tikililərin ilkin eskizlərinə baxılaraq Dövlət Turizm Agentliyinin rəsmilərinin tövsiyyələri dinlənilib. Sonra tikililərin yerləşəcəyi ərazilərə baxış keçirrilib, ərazidə müzakirələr davam etdirilib.Qərara alınıb ki, müzakirələr zamanı qeyd olunan bütün xüsusiyyətlər nəzərə alınmaqla qısa zamanda layihə fəaliyyətləri təsdiq olunsun və tikililərin qurulması istiqamətində fəaliyyətlərə start verilsin.
Qeyd edək ki, “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi 01.07.2025-01.12.2025 tarixlərində Astara rayonunun Sım kəndində icra olunur.
“Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsinin mətbuat xidməti
