Cəlilabad rayonunda iribuynuzlu heyvanlar elektrik vurması nəticəsində tələf olub.
Regioninfo-nun məlumatına görə, hadisə rayonun Zərbiəlli kəndində qeydə alınıb.
Kənd ərazisində biçilmiş əkin sahəsinin yandırılması səbəbindən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb. Həmin vaxt həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq tələf edib.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.
Araşdırma aparılır.