Cəlilabadda bu ilin ilk 3 ayında tikintidə əsas göstəricilər açıqlanıb.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, hesabat dövründə tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi (fiziki şəxslərin göstəriciləri də nəzərə alınmaqla) 2203,2 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-mart aylarına nisbətən 41,9 faiz çox olmuşdur. Ümumi işin 885,4 min manatını inşa, yenidənqurma və bərpa
işləri, 59,1 min manatını əsaslı təmir, 1066,1 min manatını cari təmir, 192,6 min manatını isə sair tikinti işləri təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə inşa, yenidənqurma və bərpa işləri üzrə 306,0 faiz, cari təmir üzrə 11,7 faiz artım, sair tikinti işləri üzrə isə 49,4 faiz azalma müşahidə olunmuşdur.
Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2331,3 min manat və ya 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 16,0 faiz az, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 2284,7 min manat və ya 13,9 faiz az olmuşdur.