Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
Regioninfo-nun verdiyi xəbərə görə hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş verib. Lənkəran rayonunun Liman şəhər sakini 1998-ci il təvəllüdlü Fəhmin Mahir oğlu Məmmədli idarə etdiyi “Hundai SantaFe” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Qəza nəticəsində sürücü xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona başın küt travması, alın nahiyəsinin deşilmiş yarası diaqnozu qoyublar.
Qeyd edək ki, qəza nəticəsində ərazidən keçən qaz xəttinə də ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.