Şirvan-Salyan üzrə 59 şagird Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb

Şirvan -Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 59 nəfər şagird müsabiqənin final turunda iştirak etmək hüququ qazanıb.
Yarımfinal mərhələsində Şirvan şəhəri üzrə 20, Neftçala rayonu üzrə 19, Biləsuvar rayonu üzrə 10, Salyan rayonu üzrə 8, Hacıqabul rayonu üzrə 2 şagird yarımfinal mərhələsində uğur qazanaraq finala vəsiqə qazanıb.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Paylaş:
Yuxarı