SON XƏBƏR

“Şagirdlərdə ilkin peşə vərdişlərinin və məişət qabiliyyətlərinin inkişafına dəstək” layihəsinin açılışı olub

Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə “Şagirdlərdə ilkin peşə vərdişlərinin və məişət qabiliyyətlərinin inkişafına dəstək” adlı layihənin açılış mərasimi keçirilib.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılış mərasimində layihə rəhbəri, məktəb rəhbərliyi və müəllimlər iştirak edib.
Tədbirdə qeyd olunub ki, layihənin məqsədi məktəbdə zəruri avadanlıqlarla təchiz olunmuş texnologiya otağının yaradılması ilə şagirdlərdə ilkin peşə vərdişlərinin və məişət qabiliyyətlərinin yaranmasına, peşə təhsilinə maraq artırılmasına və texnologiya fənninin səmərəli tədrisinə imkan yaratmaqla gələcəkdə onların düzgün peşə seçiminə dəstək olmaqdan ibarətdir.
Həmçinin vurğulanıb ki, layihə çərçivəsində təchizatlı texnologiya otağının yaradılacaq, anket – sorğu vasitəsilə 30 şagird seçiləcək, ustad və ekspertlər cəlb olunacaqdır. Eyni zamanda 3 ay ərzində 3 mövzunu əhatə edəcək təlimlər keçiriləcəkdir və yekunda şagirdlərin texnologiya otağında hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunacaq.
Daha sonra çıxış edən müəllimlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin gedişatına uğurlar diləyiblər.
Qeyd edək ki, layihə Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə Şəhriyar Məmmədov tərəfindən icra olunur.
Paylaş:
Yuxarı