“Riyaziyyat dərsinin şagirdlərin mənimsəmə tempinə uyğun öyrənilmə imkanı” layihəsi çərçivəsində təlimlər yekunlaşıb.
Təlimin əsas məqsədi (Khan Academy) platformadan istifadə qaydaları, şagirdlərin nəticələrinin analiz olunması və platforma köməyi ilə dərslərin keçirilməsi istiqamətində təlim materiallarının hazırlanması olub.
Təlim 2 gün (12 saat) davam etmiş və məktəbimizdə 6-cı sinif şagirdləri ilə işləyən riyaziyyat müəllimləri üçün nəzərdə tutulub. Lakin layihənin əhatəliliyini artırmaq məqsədilə qonşu məktəblərdən də riyaziyyat müəllimləri təlimlərə cəlb edilmiş və onlara şagirdlərin platformadan istifadə qaydaları da öyrədilib.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.