Biləsuvar rayonunda 6 məktəbin istilik sistemi yenilənir.
Bu barədə regioninfo-ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonun Dəvrişli və Zəhmətabad kənd tam orta məktəblərində mərkəzi istilik sistemi – qazanxana binası tikilir. Həmçinin şəhər 6 saylı, Təzəkənd, Çaylı və Nərimankənd kənd tam orta məktəblərində kombi-qazla sistemi qurulur.
Həmçinin qeyd olunub ki, indiyə qədər Biləsuvar rayonu üzrə məktəblərdən 14-ü odun, 1-i elektrik, 19-u qaz, bağçalardan 6-sı qaz və 5-i odun istifadə olunmaqla qızdırılıb.