Cəlilabadda əhalinin sayı artıb

Cəlilabad rayonunda ötən illə müqayisədə əhalinin sayında artım olub.

Regioninfo-nun məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında mövcud əhalinin sayı 218,6 min nəfərə çataraq 2023-cü ilin müvafiq dövrünə nisbətən 1,9 min nəfər və yaxud 0,9 faiz artmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 151,8 nəfər olmuşdur. Əhalinin ümumi sayının 26,7 faizini və ya 58,4 min nəfərini şəhər, 73,3 faizini və ya 160,2 min nəfərini kənd sakinləri təşkil edir. Ümumi əhalinin 51,2 faizini və ya 111,9 min nəfərini kişilər, 48,8 faizini və ya 106,7 min nəfərini qadınlar təşkil edir.

2024-cü ilin yanvar-sentyabr aylarında təbii artım 2023-ci ilin müvafiq dövrünə nisbətən 471 nəfər az olmuş, 2143 körpə doğulmuşdur. Rayon üzrə 707 nəfər ölüm qeydə alınmışdır.

2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin hər 1000 nəfərinə görə doğumun səviyyəsi 6,7 nəfər, ölümün səviyyəsi isə 3,2 nəfər olmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında bağlanmış nikahların sayı 524 nəfər və ya əhalinin hər 1000 nəfərinə 2,4 nəfər olmuşdur ki, bu da 2023-ci ilin müvafiq dövrünə nisbətən 421 nəfər az olmuşdur. Boşanmaların sayı 168 nəfər olmuşdur ki, bu da əhalinin hər 1000 nəfərinə 0,8 nəfər təşkil edir. Rayona gələnlərin sayı 33 nəfər, rayondan gedənlər isə olmamışıdır və miqrasiya saldosu 33 nəfər təşkil etmişdir.

Paylaş: