Biləsuvarda təmir olunan yolda iki yük avtomobili aşıb – VİDEO

Biləsuvar rayonunda təmir olunan yolda iki yük avtomobili aşıb.

Regioninfo-nun məlumatına görə, hadisə köhnə Ələt- Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Naxçıvana yanacaq daşıyan sürücü, Sərvər Həsənovun idarə etdiyi dizel yüklü avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü yüngül xəsarət alsa da, avtomobildə olan yanacağın bir hissəsi yol kənarına dağılıb. Həmçinin eyni yerdən bir neçə yüz metr kənarda isə Biləsuvar sakini, Atakişi Fərəclinin idarə etdiyi tikinti materialları ilə yüklü “Şaqman” markalı avtomobil də yol kənarına aşıb.

Hadisə şahidləri və sürücülərin sözlərinə görə, qəzaya səbəb yeni təmir olunan yolun kənarlarında mühafizə lentləri və xəbərdarlıq nişanlarının olmamasıdır. Elə buna görə də sürücülər yolun iriqabaritli avtomobillər üçün təhlükəli olduğunan xəbərsiz olublar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı