Vladimir Putin Azərbaycana dövlət səfəri edəcək

Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı, strateji tərəfdaşlıq və müttəfiqlik məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.

Səfərin yekunları üzrə bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Paylaş:
Yuxarı