Biləsuvarın ən yaşlı sakini vəfat edib – FOTO

Biləsuvar rayonunun ən yaşlı sakini vəfat edib.

Regioninfo-nun məlumatına görə, rayonun Amankənd kənd sakini olan Əliyeva Balış Rüstəm qızı uzun sürən xəstəlikdən sonra bu gün 103 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 9 övladı, 100-ə yaxın nəvə, nəticə və kötücəsi olan 103 yaşlı Əliyeva Balış Rüstəm qızı ötən il rəhmətə gedən Kubra Kazımovadan sonra Biləsuvarın ən yaşlı sakini idi.

Paylaş:
Yuxarı