Lənkəranda 5 gündür itkin düşən 48 yaşlı kişinin meyiti çaydan tapılıb

Lənkəranda çayda meyit tapılıb.

Regioninfo xəbər verir ki, bu gün axşam saatlarında Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib. İyul ayının 14 – də Lənkəran rayon sakini 1976 – cı il təvəllüdlü Elşad Xanhəsən oğlu Panayev balıq tutmaq üçün qurduğu torları yığmağa görə Velədi kəndi ərazisindən keçən çaya gedib. Həmin gündən onun barəsində heç bir xəbər olmayıb. Yaxınları onun itməsi barədə aidiyyəti orqanlara məlumat veriblər və E.Panayevin axtarışları aparılıb. Bu gün kənd sakinləri tərəfindən çayda meyit olduğu aşkarlanıb və hüquq mühafizə orqanlarına məlumat verilib. Dərhal əraziyə FHN – nin Cənub Regional Mərkəzin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, balıqçı olan Elşad Panayev uzun müddətdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkirdi.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı