401 nəfər parlament seçkilərinə namizədlik üçün müraciət edib.
Bunu “Report”un əməkdaşının sualına cavab olaraq Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, 401 vətəndaş artıq sənədlərini seçkilərdə namizəd olmaq üçün təqdim edib.
“Siyasi partiyalar kifayət qədər fəaldırlar. Sənəd təqdim edənlərin 168-i siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər. Bu say artmaqdadır”, – R.Qasımov vurğulayıb.