Lənkəranda meyvə mağazasından kişi meyiti aşkar olunub

Lənkəranda meyit aşkar olunub.

Regioninfo xəbər verir ki, bu gün səhər saatlarında Lənkəran şəhərinin 2 – ci mikrorayon ərazisi, Zərifə Əliyeva küçəsində mağazaların birində kişi meyiti tapılıb. İlkin məlumata görə meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasını işlədirdi.

Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerindədilər.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı