Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub – YENİLƏNİB

Biləsuvar və Cəlilabad rayonları ərazisində internetin işində yaranan problem həll olunub.

Bu barədə regioninfo-ya rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq internetdən normal istifadə etmək mümkündür.

Qeyd edək ki, bu gün hər iki rayon ərazisində 8 saat ərzində internetdən istifadə etmək çətinləşib.

20:14

Biləsuvar və Cəlilabad rayonları ərazisində internetin işində problem yaranıb.

Bu barədə regioninfo-ya rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq 7 saata yaxındır ki, internetdən istifadə etmək çətinləşib.

Müvafiq qurumlar tərəfindən problemin həlli istiqamətində iş aparılır.

Paylaş:
Yuxarı