Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb.

Regioninfo xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Cabir Məmmədov, Məhərrəm Cəbiyev və Yusif Məmmədov saxlanılıblar. C.Məmmədov və Y.Məmmədovun yaşadıqları evin həyətyanı sahələrində, M.Cəbiyevin isə Darquba kəndi ərazisində əkin sahəsində kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 20 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Bundan əlavə, C.Məmmədovdan narkotik vasitə marixuana da aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş: