Biləsuvarda yük avtomobili yanır – FOTO

Ələt-Astara avtomobil yolunda yanğın olub.

Regioninfo-nun məlumatına görə, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, yük ilə dolu “Tır” yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.

Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı