Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə komissiyalar öz işini davam etdirir

Elm və təhsil nazirinin müvafiq əmri ilə yaradılan komissiyalar öz işini davam etdirir.
Hazırda həmin mərkəzlərdə vətəndaşların qəbulu həyata keçirilir.
İndiyə qədər Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə ümumilikdə 180 nəfər vətəndaş qəbul edilib.
Hər bir vətəndaşın müraciəti dinlənilir, həssaslıqla yanaşılıb müvafiq qaydada araşdırılması təmin edilir.
Eyni zamanda sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşların müraciətləri xüsusi nəzarətə götürülür, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
Qeyd edək ki, komissiyaların yaradılmasında məqsəd Təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılmasıdır.
Komissiyalar 30 iyul tarixinə qədər fəaliyyət göstərəcək.
Paylaş:
Yuxarı