Lənkəranda idarəetməni itirən avtomobil su kanalına aşıb.
Regioninfo-nun verdiyi məlumata görə hadisə bu gün günorta saatlarında Ələt – Astara – İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində baş verib. Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 3 – ü, sürücü və Astara rayon sakinləri 1995 – ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999 – cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Həkimlər onlara küt travma, sağ saitin 1/3 – nin termiki yanığı diaqnozu qoyaraq, ilkin tibbi yardım göstəriblər. X
əsarət alanların müalicələri xəstəxanada davam etdirilir.