Lənkəranda minik avtomobili 67 yaşlı piyadanı vurub

Lənkəranda baş verən qəzada xəsarət alan var.

Regioninfo-nun məlumatına görə, Lənkəran rayonunun Şiləvar dörd yolu deyilən ərazidə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən Lənkəran rayon sakini 1957 – ci il təvəllüdlü Nərminə Aslan qızı Səfərovanı vurub. Baş nahiyyəsindən xəsarət alan yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Hazırda yaralıya ilkin tibbi yardım göstərilir.

Paylaş:
Yuxarı