1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şirvan şəhərində tədbir keçirilib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şirvan şəhərində tədbir keçirilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Şirvan şəhərindəki Şirvan Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev, təhsil işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayıb
Bayram tədbirində uşaqların əl işlərindən ibarət rəsmlər, hazırlanmış mahnı və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.
Paylaş: