Cəlilabadda məktəblini maşın vurub

Cəlilabad rayonunda yol qəzası baş verib.

Regioninfo xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, rayon sakini olan məktəblini marşrut mikroavtobusu vurub. O, ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı