Təhsil müəssisələrində yoxlama və monitorinqlər davam edir

Təhsil müəssisələrində yoxlama və monitorinqlər davam edir.
Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələri ilə yanaşı məktəbəqədər və məktəbdənkənar müəssisələrdə də yoxlama və monitorinqlər həyata keçirilir. Yoxlama və monitorinqlər əsasən müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizat və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlərlə bağlıdır.
Növbəti yoxlama Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində aparılıb. Aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilib.
Hal hazırda adı qeyd olunan müəssisədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır.
Qeyd edək ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdiriləcək.
Paylaş:
Yuxarı