Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb

Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb.

Regioninfo-nun məlumatına görə, rayonun Nəsimi kəndində yerləşən mağazadan 1300 manat nağd pul və əlavə olaraq danışıq kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törədən 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların Günəşli kəndi ərazisindəki digər bir mağazadan da nağd pul və tütün məmulatları oğurladıqları müəyyən edilib.

Araşdırma aparılır.

Paylaş:
Yuxarı