“Beynəlxalq ailə günü” ilə bağlı tədbir keçirilib

“Beynəlxalq ailə günü” ilə bağlı tədbir keçirilib.
“Beynəlxalq ailə günü” ilə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli hər iki üzvü regional idarəyə tabe müəssisələrdə çalışan ailələrlə görüşüb. S.Mənsimli günün əhəmiyyətliliyini qeyd edərək, gənc ailələrə öz tövsiyələrini verib, Azərbaycanda mövcud olan ailə dəyərlərinin üstünlüyündən danışıb.
Ailələr təhsildəki fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif ediliblər.
Paylaş:
Yuxarı