Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Şirvanda məktəbdə olub

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli təhsil göstəriciləri ilə fərqlənən Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə olub.

İdarə müdiri məktəbin müəllim kollektivi ilə görüşüb, təlim-tərbiyə prosesi ilə yaxından tanış olub.

Təhsildə yüksək göstəricilər əldə etmələri, xüsusilə Respublika fənn olimpiadalarında 7 medal qazanmaları münasibətilə pedaqoji kollektivi və rəhbərliyi təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.

Paylaş:
Yuxarı