İdmançımız Bodybuilding üzrə Avropa çempionu olub

İspaniyanın Barselona şəhərində keçirilən Bodybuilding üzrə Avropa çempionatında iştirak edən idmançımız Fariz Nəcəfov öz kateqoriyasında 19 iştirakçı arasında I yerə layiq görülərək Avropa çempionu tituluna layiq görülüb.
Bu barədə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Həmçinin bu qələbənin ardınca isə Çempionların çempionu tituluna yiyələnərək ölkəmizə 2 qızıl medal və 2 kubok ilə qayıdıb.
Qeyd edək ki, F. Nəcəfov 1998-ci ildə Biləsuvar şəhərində doğulub.
Paylaş:
Yuxarı