Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Computer Science Discoveries” kursunun tərcüməsi və tətbiqi” layihəsinin növbəti mərhələsi icra olunub.
Belə ki, layihənin icra planına uyğun olaraq 3 məktəbdən seçilmiş müəllimlərlə 3 günlük təlimat görüşü keçirilib. Görüşdə həmin müəllimlərə code.org-dan istifadə qaydaları izah edilib.