Cəlilabadda ilk yerüstü piyada keçidinin inşasına başlanılıb

Cəlilabad şəhərində ilk yerüstü piyada keçidinin inşasına başlanılıb.

“Report”un Muğan bürosunun məlumatına görə, keçid şəhərin Heydər Əliyev prospektində inşa olunur.

Yerüstü keçid yaxınlığda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilir.

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.

Paylaş: