“Educare – təhsildə qayğı və maarifləndirmə” layihəsinin təqdimatları keçirilib və layihə yekunlaşıb

“Educare – təhsildə qayğı və maarifləndirmə” layihəsi çərçivəsində platforma barədə maarifləndirmə təqdimatları həyata keçirilib və layihənin bağlanış mərasimi baş tutub.

Mərasim Laçın rayon P.Məmmədov adına 46 nömrəli tam orta məktəbdə keçirilib. Mərasimdə layihə rəhbəri, layihənin komanda üzvləri, müəllimlər iştirak edib.

Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd “Educare” platformasından 10 kursun tərcümə edilməsi və hazırlanan kursların onlayn platformaya yerləşdirilməsi ilə məktəblərdə psixo-sosial, emosional durumun yaxşılaşdırılmasına, təhsilalanların fiziki-psixoloji zorakılıqdan və qısnamadan qorunmasının təmin olunması işinə dəstək vermək olub.

Digər çıxış edənlər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin uğurla həyata keçirildiyini bildiriblər.

Paylaş:
Yuxarı