Qızılcadan öldüyü deyilən uşaqla bağlı TƏBİB açıqlama verib.
Regioninfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad rayon Alar kənd sakini 2010-cu il təvəlüdlü (cinsi kişi) şəxs 24.01.2024-cü il tarixində saat 22:15 radələrində dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub.
Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, xəstə 06.02.2024-cü il tarixində vəfat edib.
Qeyd edək ki, mərhumun qızılcadan öldüyü bildirilirdi.