Güclü qar Cəlilabad və Biləsuvarda bir sıra fəsadlara yol açıb

Güclü qar Cəlilabad rayonunda nəqliyyatın hərəkətində problemlər yaradıb.

Regioninfo-nun Muğan bürosunun məlumatına görə, qarın hündürlüyü Cəlilabadın dağlıq kəndlərində 50 sm-ə çatıb. Dağlıq kəndlərdə avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Qar elektrik xəttlərin qırdığından Cəlilabad şəhərinin bəzi hissələrində və bir neçə kənddə elektrik enerjisinin verilişi kəsilib.

Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, kənd yollarında nəqliyyatın hərəkəti çətinləşib. Biləsuvarın mərkəzi hissəsində və bəzi kəndlərdə elektrik enerjisinin verlişi dayanıb. Eyni zamanda güclü qar rabitə dirəklərin aşırıb və xəttləri qırıb. Bir neçə yerdə qarın ağırlığına dözməyən ağac aşıb.
Rayon ərazisində qarın hündürlüyü 20 sm-ə çatır.

Hazırda hər iki rayonda mütəmadi olaraq müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Həmçinin elektrik enerjisinin bərpası üçün qəza briqadaları tərəfindən işlər aparılır.

Bölgədə qar yağışı davam edir.

Paylaş:
Yuxarı