Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib – SƏRƏNCAM
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Regioninfo-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.