“Riyaziyyat Marafonu – RFM hazırlıq qrupları” IX qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib

“Riyaziyyat Marafonu – RFM hazırlıq qrupları” IX qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib.
Layihə çərçivəsində şagirdlərin riyazi bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin 6–7-ci sinifləri üzrə hər sinifdən 10 nəfər olmaqla ümumilikdə 20 şagird layihəyə cəlb olunacaq. Məşğələlər ixtisaslaşmış riyaziyyat təlimçisi tərəfindən həftədə 4 saat olmaqla təşkil ediləcək.
Təlimlər xüsusi hazırlanmış proqram əsasında aparılacaq və dünya ölkələrində keçirilən fənn müsabiqələrinin metodologiyasına uyğun şəkildə həyata keçiriləcək. Bu yanaşma şagirdlərin problem həll etmə, analitik düşünmə və əməkdaşlıq bacarıqlarının inkişafına mühüm töhfə verəcək.
Qeyd edək ki, “Riyaziyyat Marafonu – RFM hazırlıq qrupları” qrant layihəsi Kamran Rəhimov tərəfindən Cəlilabad rayonu Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində icra olunacaq. Layihənin əsas məqsədi şagirdlərin riyazi savadlılığını artırmaq və fənn müsabiqələrində əldə etdikləri nəticələri yüksəltməkdir.
Paylaş:
Yuxarı